Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Dağlı kənd ərazisində baş verib.
Belə ki, rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Məhərrəmov Osman Hacı oğlunu vurub.
Osman Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.