Zaxarçenko öldürüldü, Ukrayna ordusu hərəkətə keçdi

Ukrayna ordusu cəbhəyə hərbi texnikalar yeridir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Donetsk separatçılarının (DXR) sui-qəsddə öldürülən lideri Aleksandr Zaxarçenkonun müşaviri Aleksandr Kazakov deyib.

“Müdafiə naziri ilə danışdım. Volnovaxa-Dokuçayevsk daxil, bəzi bölgələrdə Ukrayna ordusunun hərəkətliliyini müşahidə etdiyini söylədi”, – deyə Kazakov bildirib.

O bildirib ki, Zaxarçenkonun ölüdürülməsindən sonra Ukrayna ordusu döyüşə hazır vəziyyətə gətirilib.

Kamran Ə.

Share: