Zaxarçenko sui-qəsdinin gerçək sirri – Ekspert açıqladı

Aleksandr Zaxarçenkonun öldürülməsi daha təhlükəli olayların təşviqinə səbəb ola bilər.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə Siyasəti Şurasının rəhbəri Fyodor Lukyanov deyib.

“Minsk prosesinin uzun müddətdir ki, problemə çevrildiyi heç kimə sirr deyil. Düşünürəm ki, sui-qəsd olayı Ukrayna böhranını yenidən ön plana çıxaracaq”, – deyə Lukyanov bildirib.

Xatırladaq ki, dünən Donetsk separatçılarının lideri A.Zaxarçenko “Separ” kafesindən törədilən partlayış nəticəsində öldürülüb.

Kamran Ə.

Share: