ABŞ və Avropada hələ müharibə yoxdur, lakin çox yaxında bu müharibə başlaya bilər və Rusiya raketləri o istiqamətdə uçacaq.
xəbər verir ki, bunu “CBS News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna rəhbərinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə girərsə, o zaman Amerika əsgərləri bütün Avropanı müdafiə etməli olacaq, çünki ABŞ NATO-nun üzvüdür.
“Hazırda Birləşmiş Ştatlarda müharibə yoxdur, amma çox tezliklə müharibə ora gəlib çata bilər. Həm Avropaya, həm də ABŞ-yə. Hələlik Rusiya raketləri ABŞ-yə çatmır, amma sabah bu raketlər istənilən ölkəyə uça bilər”, – Zelenski vurğulayıb.