Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski sosial mediada paylaşım edib.
O bildirib ki, iclasda müdafiə tədbirləri barədə danışılıb və cəbhə xəttindəki nailiyyətlər müzakirə olunub:
“İndicə iclas keçirdim. Bizim müdafiə hərəkətlərimiz və uğurlarımız cəbhə xəttindədir. Bunlar barədə fikir mübadiləsi apardıq. Biz həmçinin, Qərargahda döyüş sursatları haqqında da geniş müzakirə etdik. Onların tədarükü və paylanması, artilleriya və hava hücumundan müdafiənin gücləndirilməsi məsələlərini də nəzərdən keçirdik”.