Zelenski braziliyalı həmkarı ilə bu mövzuları müzakirə etdi

Zelenski braziliyalı həmkarı ilə bu mövzuları müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə tviter hesabında paylaşım edib.

“Bizi dəstəklədiyiniz üçün təşəkkür edirik. Danışıq zamanı dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasının vacibliyini qeyd etdik. Həmçinin, Ukraynaya sülh gətirmək üçün diplomatik səyləri müzakirə etdik”, – deyə Zelenski bildirib.


Share: