Zelenski Donbasda vəziyyətin kəskinləşməsi haqda

Zelenski Donbasda vəziyyətin kəskinləşməsi haqda

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda “əzələ nümayişində” günahlandırıb.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: “Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır”.

Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.

Müstəqil.Az

Share: