Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstanın ölkədəki səfirini çağırmağı və həmin ölkənin keçmiş Prezidenti Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tiflislə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat verib.
Zelenski Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün ölkəsinə qaytarmağa çağırıb.