Ukrayna Prezidenti Vladimir Zelenski Krımla sərhəddə yerləşən Herson bölgəsindəki hərbi mövqelərə baş çəkib.
Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, mövcud duruma nəzər salan dövlət başçısı hərbçilərlə söhbətləşib.
“Rusiya qoşunları sərhəddən uzaqlaşıb. Lakin biz hər an onların qayıdışına hazır olmalıyıq”, – deyə Zelenski söhbət zamanı bildirib.
Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Zelenski Xersonda Krımla sərhəddə, Xerson, Zaporojye, Donetsk, Odessa və Nikolaev bölgələrində təhlükəsizlik məsələsi ilə bağlı müşavirə də keçirəcək.
Müstəqil.Az