İsrail Baş naziri Benyamin Netanyahu Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Netanyahu “X” sosial şəbəkəsində yazıb.
Dövlət başçıları İsrailin Ukraynaya, o cümlədən İsraildəki ukraynalı qaçqınlara davamlı yardımını, eləcə də hava hücumu ilə bağlı erkən xəbərdarlıq sistemlərinin hazırlanması və təşviqində yardımı müzakirə ediblər.