Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən Ali Radanın deputatlarını 24 saat ərzində geri qayıtmağa çağırıb. O, bu barədə prezident aparatının Facebook səhifəsində yayımlanan mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, bəzi deputatlar artıq qohumları ilə birlikdə xaricə gediblər. Zelenski onlara ölkəyə qayıtmaq üçün 24 saat vaxt verib. “Hesab edirəm ki, onlar qayıtmalıdırlar, əks halda biz, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq”, – Zelenski bildirib.
Zelenski hansı partiyanın deputatlarının Ukraynanı tərk etdiyini dəqiqləşdirməyib. O vurğulayıb ki, hakimiyyət öz nümunəsi ilə Ukrayna xalqına birlik siqnalları verməlidir.
Müstəqil.Az