Ukrayna Prezidenti Volodimir Zelenski ekoloji fəal Qreta Tunberq, Avropa Parlamentinin vitse-prezidenti Haydi Qautala və digər ekofəallarla görüşüb.
Bu barədə dövlət başçısı “Telegram”da məlumat verib.
Görüşdə İsveçin keçmiş xarici işlər naziri Marqot Valstrom və 1990-1997-ci illərdə İrlandiyanın prezidenti Meri Robinson da iştirak edib. Onların hamısı Müharibənin Ekoloji Nəticələri üzrə Beynəlxalq İşçi Qrupun üzvləridir.
Zelenskinin sözlərinə görə, Beynəlxalq İşçi Qrup Rusiya təcavüzünün Ukraynanın ekoloji sisteminə təsiri ilə bağlı məsələlər üzərində işləyəcək.