Zelenski Rusiyanın son bir ay ərzində törətdiyi cinayətlərdən danışdı

Zelenski Rusiyanın son bir ay ərzində törətdiyi cinayətlərdən danışdı

“Təkcə aprel ayında Rusiya Ukraynada 207 dinc sakini qətlə yetirib və onlardan 17-si uşaqdır”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfəri zamanı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı deyib.

“Təkcə keçən ay rusiyalıların törətdiyi hərbi cinayətlərin konkret sayı 6 139 olub ki, bu da 17-si uşaq olmaqla 207 mülki şəxsin ölümü ilə nəticələnib. 400-dən çox mülki şəxs isə yaralanıb”, – deyə Zelenski qeyd edib.

O vurğulayıb ki, bu rəqəmlər 15 aydan cəmi bir ayın nəticələrini əks etdirir.

Zelenski əlavə edib ki, hələ ötən gün Rusiya Federasiyası 23 nəfəri öldürüb, daha 48 ukraynalı isə yaralanıb.

Mənbə: ZN.ua

Share: