“Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır”.
Bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib.
“Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, – deyə V.Zelenski əlavə edib.
Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.