“İki gün ərzində rus işğalçıları Ukrayna ərazisinə hücum etmək üçün 30-dan çox drondan istifadə edib, onlardan 23-ü vurulub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 27-də axşam saatlarında dərc olunmuş video-müraciətində danışıb.
Zelenskinin qaranlığa qərq olmuş Kiyevdə İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatının yanında dayanması diqqətdən qaçmayıb. O, PUA-nı göstərərək deyib:
“Döyüşürük, daha da vuracağıq. Səmamızın gözətçilərinə təşəkkür edirəm. Mən bu “Şahed”in vurulmasında iştirak edən hər kəsə təşəkkür edirəm”, – o əlavə edib.