“Ukraynada hərbi əməliyyatda iştirak edən hər bir rus hərbçisi bunun cavabını alacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Zelenski sözlərinə görə, bunun üçün Ukrayna kəşfiyyatı fəal şəkildə öz işini görür.
Ukrayna Prezidenti Rusiya ordusunun Krımdan Xarkov vilayətinə qədər bir dənə də təhlükəsiz bazası olmayacağını vurğulayıb, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfinin bütün anbarlarını və texnikasını məhv edəcəyinə söz verib.
Zelenski qarşı tərəf üçün iki seçim təklif edir:
“Bura Ukrayna torpağıdır və onların yalnız iki işi qalıb: qaçmaq və ya təslim olmaq. Biz onlara başqa seçim qoymuruq”.