“Zerkalni Əliyar” yenə qaydaları pozdu — Video

“Zerkalni Əliyar” yenə qaydaları pozdu — Video

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşov yenidən eyni əməli törədib.

Bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaş “Zerkalni Əliyar” adı ilə tanınan sürücünün Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qaydaları kobud şəkildə pozmasının görüntüsünü təqdim edib. Görüntüdən məlum olur ki, Ə.Dadaşov idarə etdiyi “Toyota Prado” markalı, 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobillə piyada keçidində yolu keçməyə çalışan şəxsin həyatını riskə ataraq maşının sürətini azaltmadan hərəkətinə davam edir. Avtomobil daha sonra svetaforun xəbərdarlıqedici işığına məhəl qoymadan irəliləyir. 

Həmçinin oxuyun: Bakıda sürücülərin kabusuna çevrilən “Zerkalnı Əliyar” kimdir? – Video

Qeyd edək ki, ötən ay Əliyar Dadaşovun qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib. Həmin vaxt Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib.

Həmçinin məlum olub ki, mövcud qanunvericilikdə yol-hərəkəti qaydalarını təkrar pozmağa görə daha ağır cəza tədbirləri nəzərdə tutulmadığından Ə.Dadaşov barəsində daha sərt tədbirlər görmək mümkün olmur.



Share: