Afrində “Zeytin budağı” hərəkatının üçüncü günündə Türkiyə 11 kəndi YPG terrorçularından geri alıb.
Müstəqil.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda Azad Suriya Ordusu həmin kəndlərdə terrorçuların yerləşdirdikləri minaları təmizləyir.
Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinin başlatdığı Afrin əməliyyatına 6 min 400 əsgər qatılıb. Hərbi ekspertlərin fikrincə dünyada bu qədər sürətli və mütəşəkkil ikinci bir ordu yoxdur.
Müstəqil.Az