Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.
“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi pley-offda Slovakiyanın “Hidrokres Preşov” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “Zirə” 1/8 finala vəsiqə qazanıb. Daha əvvəl “Birbaşa Bakı” qrup lideri kimi mərhələ adlayıb.