Azərbaycan Premyer Liqasının 18-ci turunun, həmçinin ilin son oyunu “Zirə” – “Kəpəz” görüşü dramatik keçib.
“Qafqazinfo” xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda baş hakim Nicat İsmayıllı 4 qırmızı vərəqə göstərib.
Əvvəlcə 18-ci dəqiqədə “Zirə”dən Coşqun Diniyev görüşdən kənarlaşdırılıb. 21-ci dəqiqədə Nemanya Andelkoviç cəzalandırılaraq komandasını meydanda 9 nəfərlə qoyub. “Kəpəz”dən Elçin Əlicanov qırmızı vərəqə alıb. Georgi Kantariya isə 90+1-ci dəqiqədə meydandan qovulub.