“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətində daha bir dəyişiklik olub.
“-Economics”in bankdan əldə etdiyi məlumata görə, Vüqar Əlipaşayev öz razılığı ilə İdarə Heyətinin üzvlüyündən ayrılıb. Hazırda “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin tərkibi 4 nəfərdən ibarətdir.
Qeyd edək ki, bundan əvvəl, bu ilin mart ayında Ekrem Furat bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin parallel olaraq Ahmet Kudret İşler Ziraat Bank Azərbaycandan ayrılaraq “T.C. Ziraat Bankası” A.Ş.-da yeni vəzifəyə təyin olunub.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i T.C. Ziraat Bankasına, 0,01%-i Ziraat Teknoloji şirkətinə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler şirkətinə məxsusdur.