“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib

“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib

“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib

Mətbuat Şurasının və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.

xəbər verir ki, təqdimatda hər iki qurumun təmsilçiləri, o cümlədən, elmi ictimaiyyət və media mənsubları iştirak edib.

Tədbir iştirakçıları Azərbaycan qəzetçilik tarixində özünəməxsus yerə sahib “Ziyayi-Qafqayiziyyə” haqqında fikirlərini bölüşüb ümumi fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyası – “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında ərsəyə gəlmiş yeni nəşrin baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

“Ziyayi-Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş Müştəba Əliyevdir.

Share: