Zülfiyyə Qurbanova: “Niyə səslərini çıxarmırlar?”

Zülfiyyə Qurbanova: “Niyə səslərini çıxarmırlar?”

Aktrisa Zülfiyyə Qurbanova ölkəmizdə aktyorlar arasında birliyin olmamasından şikayətlənib.

Kulis.az xəbər verir ki, aktrisa bu barədə özünün feysbuk hesabında paylaşım edib. Sözügedən paylaşımı təqdim edirik.

“Yazım ürəyimdə qalıb məni incidənə qədər deyim sizi incitsin…Ölkəmizin aktyorları qədər birliyi olmayan, bir-birini dəstəkləməyən ümumiyyətlə həmfikir olmayan ikinci bir ölkə aktyorları (aktrisaları) tanımıram. Nə zaman hansısa kanalda aktyorların (çəkiliş,qonarar və s.) problemlərinə toxunan mövzular barədə fikir bildirmişəm heç bir zaman paylaşıma dəstək xarakterli yazı belə yazmayıblar…Bəyənməyiblər də.

Elə bilirsiz görmürlər? Çox gözəl görürlər…Bütün günü sosial şəbəkələrdə oturub başqa ölkənin bizə aid olmayan məişət söhbətlərini, cəmiyyətimizin lazımlı və lazımsız bütün məsələlərini status halına gətirib lağlağı edə bilirlər amma.

Niyə səslərini çıxarmırlar? Qorxurlar ki, hansısa rejissor oxuyar sonra bunları çəkməz. Amma haradasa hansı biri ilə rastlaşanda “gördüm çıxışını razıyam deyirlər”. Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir.

Ona görə özümə söz vermişəm bundan sonra nə zaman müzakirə xarakterli verlişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqladıracam. 20 ildir bu sahədəyəm niyə adım və ya mükafatım yoxdu? Halbuki işlərimlə dünyanı gəzmişəm. Hələ yerli filmlərdəki rollarımdan danışmıram…Havayı heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz mən nədən danışıram”.

Share: