Zurabişvili Rusiyanı Qara dənizdəki qarşıdurmanı Gürcüstanın ərazi sularına çəkməkdə ittiham edib

Zurabişvili Rusiyanı Qara dənizdəki qarşıdurmanı Gürcüstanın ərazi sularına çəkməkdə ittiham edib

Zurabişvili Rusiyanı Qara dənizdəki qarşıdurmanı Gürcüstanın ərazi sularına çəkməkdə ittiham edib

Rusiyanın işğal altındakı Abxaziyanın Oçamçir limanını hərbi bazaya çevirmək planı Qara dənizdəki qarşıdurmanı bizim ərazi sularımıza çəkməyə xidmət edir.

-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentində prezident kimi sonuncu illik hesabatını təqdim edərkən deyib.

O bildirib ki, Oçamçirin Rusiya hərbi dəniz donanmasının bazasına çevrilməsi Qara Dənizin strateji perspektivinə təhdid yaradır.

Zurabişvili deyib ki, Rusiya Ukraynadakı uğursuzluğuna baxmayaraq Gürcüstana qarşı hibrid müharibə başladıb. O, bu hibrid müharibənin strategiyasının uçuşların bərpası, Rusiya kruiz gəmisinin Batumiyə gəlməsi, Tbilisidəki Müqəddəs Üçlük Katedralına Stalinin təsvir edildiyi ikonanın yerləşdirilməsi kimi müxtəlif təxribatlara əsaslandığını deyib.
Zurabişvili çıxışı zamanı Gürcüstanda elit korrupsiyanın yeni səviyyəyə çatdığını, buna görə heç kimin məsuliyyətə cəlb edilmədiyini vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti 2023-cü il üzrə illik hesabatını təqdim etmək məqsədilə parlamentə gəlib. “Mtavari Arxi” telekanalının məlumatına görə hakim “Gürcü Arzusu” partiyasının deputatları Prezident Zurabişvili iclas zalına daxil olarkən protokolu pozaraq ayağa qalxmayıblar.

Share: